Modern.az

“Hər ailə ağac əksin” aksiyası davam edir

“Hər ailə ağac əksin” aksiyası davam edir

16 Noyabr 2018, 17:49

Ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə  “Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan və ənənəvi hal alan aksiya Gəncə, Sumqayıt, Şəki, Şəmkir, Tovuz, Quba, Şabran, Şirvan, Bərdə, Cəlilabad rayonlarında və Bakı şəhərinin Türkan və Binə qəsəbələrində  davam etdiriləcək. 

 

Modern.az xəbər verir ki, 17 noyabr 2018-ci il tarixində aksiya Sumqayıtda  Kimyaçı” mədəniyyət sarayının qarşısında, Şəmkir, Bərdə, Cəlilabad, Tovuz, Quba, Şirvanda şəhər bələdiyyəsinin qarşısında saat 10:00-dan 12:00-dək, Gəncədə Kəpəz bələdiyyəsinin, Şəki və Şabranda şəhər bələdiyyəsinin qarşısında saat 12:00-dan 14:00-dək, Binə qəsəbəsində icra nümayəndəliyinin və Türkan qəsəbəsində mədəniyyət evinin qarşısında saat 14:00-dan 16:00-dək keçiriləcək və vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq. 

 

Ağacəkmə kampaniyası 17 noyabr 2018 ci il tarixində “Bir şagird bir ağac əksin və qorusun” devizi altında ETSN-nin dəstəyi ilə məktəblərdə də keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanı yaşıl diyara çevirmək məqsədilə Bakı və Abşeronda, eləcə də respublikamızın bölgələrində hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi