Modern.az

Azərbaycan güləşçisi dünya çempionatının finalında

Azərbaycan güləşçisi dünya çempionatının finalında

16 Noyabr 2018, 20:39

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında finala vəsiqə qazanıb. Modern.az "Report"a istinadən xəbər verir ki, mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançı ardıcıl olaraq Kanada, Moldova və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. 65 kq çəki dərəcəsində yarışan Ə.Rəhimzadə ən azı gümüş medalı təmin edib.

 

O, finalda Yaponiyalı Rey Hiquçi ilə qarşılaşacaq. Final görüşü sabah keçiriləcək.

 

Qeyd edək ki, daha öncə dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.  

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir