Modern.az

İki sərnişin avtobusu toqquşdu: 2 ölü

İki sərnişin avtobusu toqquşdu: 2 ölü

16 Noyabr 2018, 22:02

Qazaxıstanın Qızıl Orda vilayətində iki sərnişin avtobusunun toqquşması nəticəsində 2 nəfər ölüb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində daha 14 nəfər xəsarət alıb.

 

Qazaxıstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin sözçüsü Nursultan Nurəhmədov sözlərinə görə, hadisə Qarmakşı rayonu ərazisində qeydə alınıb: “Qəzaya uğrayan avtobuslardan birində 37, digərində 32 nəfər sərnişin olub. Xəstəxanaya yerləşdirilən yaralılardan 2-si uşaqdır. Hazırda faktla bağlı araşdırma aparılır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?