Modern.az

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb

Aktual

17 Noyabr 2018, 13:23

Mühəndislik üzrə peşəkar kadr hazırlığı aparan, bu sahə üzrə ən müasir maddi-texniki bazaya, infrastruktura malik olan Qərbi Kaspi Universiteti mühəndislik istiqamətlərinə həsr olunmuş daha bir böyükmiqyaslı tədbir keçirib.



Universitet texnologiya, elektronika və proqramlaşdırma, robot texnologiyaları və digər mühəndislik yönlərində öz istedadını göstərmək və bu sahələrdə bacarıqlarını inkişaf etdirmək istəyən məktəbli və tələbələri “Makers’ Day 2018” tədbirində bir araya toplayıb.

400-ə yaxın gəncin qatıldığı tədbir iştirakçılar üçün təcrübə qazanmaq, eyni zamanda yeni əlaqələr yaratmaq və məşğulluğun daha məqsədyönlü təmin olunmasının dəstəklənməsi baxımından əhəmiyyətli olub. Tədbirdə tanınmış şirkətlərin menecerləri, mühəndisləri ilə yanaşı öz şirkətini qurmuş və uğurla inkişaf etdirən şirkət rəhbərləri də iştirak ediblər.



Universitetin prorektoru Zenfira Məmmədova bildirib ki, ötən tədris ilində qurulan Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, Texnopark, Tətbiqi və Təbiət Elmləri Məktəbi, bu il istifadəyə verilmiş müasir tədris binasında yaradılmış şərait, olduqca qabaqcıl texnologiya, maddi-texniki baza, beynəlxalq standartlara uyğun metodika, peşəkar kadr potensialı tələbələrimiz üçün keyfiyyətli təhsil imkanı yaradır. Qərbi Kaspi Universitetinin Texnoparkında  Biznes-İnkubasiya Mərkəzi, Texnoloji Transfer Ofisi, Mexatronika və Robototexnika Laboratoriyası, İdeya Bankı və başqa mərkəzlər fəaliyyət göstərir və tələbələr, eyni zamanda məktəblilər burada müxtəlif texniki, mühəndislik və biznes layihələri üzərində işləyirlər.

Tədbirdə ayrı-ayrı şirkətlərin təmsilçilərinin çıxışları dinlənilib, daha sonra çıxışçılar iştiraçıları maraqlandıran sualları cavablandırıblar.



Təşkil olunmuş sərgidə isə müxtəlif kateqoriyalarda robotlar sərgilənib. Sərginin ən yaxşı işləri münsiflər heyətinin rəyi əsasında mükafatlandırılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir