Modern.az

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”

17 Noyabr 2018, 13:50

Azərbaycanın işğal altındakı torpaqlarında həyata keçirilən qeyri-qanuni əməllərin tərkib elementlərindən biri də işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin nümayəndələri kimi özünü təqdim edən şəxslərin bir sıra ölkələrə, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrə səfəridir.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

H.Hacıyevin sözlərinə görə, Fransa həmsədr ölkələrdən biridir və vasitəçilik institutunun mahiyyəti onu tələb edir ki, vasitəçi ölkə tarazlı münasibət göstərməlidir və bu kimi qərəzli addımların atılmasına imkan verməməlidir:

 

“Fransanın bəzi şəhərlərinin Azərbaycanın işğal olunmuş əraziləri, şəhərləri ilə “qardaş olma” prosesi, özünü qondarma rejimin rəhbərləri kimi təqdim edən şəxslərin Fransaya səfəri kimi hallar baş verir və hesab edirik ki, bunlar Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır və bunun qarşısı alınmalıdır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir