Modern.az

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir

17 Noyabr 2018, 14:26

AQTA xaricdə təhsil almış gəncləri yüksək məvaciblə işə dəvət edir.

 

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu xarici ölkələrdə təhsil almış gəncləri yüksək məvaciblə işə dəvət edir.

 

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda və qurumun regional sınaq laboratoriyalarında bioloq, mikrobioloq, virusoloq, kimyaçı, aqronom, həkim laborant, sanitariya həkimi, epidemioloq, toksikoloq, molekulyar bioloq, torpaqşünaslıq, iqtisadiyyat, maliyyə və mühasibat uçotu, idarəetmə üzrə mütəxəssis, baytar həkimi və fitosanitar mütəxəssis ixtisasları üzrə  (yaş həddi 23- 50) yüksək məvacibli vakant vəzifələrin tutulması üçün müsahibə elan olunur.

 

Müraciət etmək istəyən şəxslər  19.11.2018-ci il tarixindən 24.12.2018-ci il tarixinədək Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər.

Ünvan: Bakı şəh., S.S.Axundov küç. 73c. Əlaqə nömrəsi: (012) 565-12-82 (573), (530). email: [email protected]

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi