Arxiv
17 Noyabr 2018, 15:22 | AKTUAL
Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR

Jurnalistlər Mazımçay gömrük postundakı vəziyyətlə tanış olublar.

 

Modern.az xəbər verir ki, onlar sözügedən postun müvəqqəti saxlanc anbarına da baş çəkiblər. Anbarda vətəndaşların Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən ay ərzində 30 kq-dan artıq gətirdiyi məhsullar saxlanılıb. Bu məhsulların içərisində müxtəlif növ spirtli içkilər, yağlar, enerji içkiləri, maşın yağı, salfetkalar və. s məhsullar üstünlük təşkil edib.

 

Maraqlı məqamlardan biri də odur ki, anbarda həmçinin Ermənistandan gələn turistlərin oradan "Armenia" adı ilə gətirdiyi müxtəlif suvenirlər, papaqlar, içkilər və Ermənistana aid xəritələr saxlanılıb. Ümumilikdə , bu adla saxlanılan əşyaların sayı 100-ə yaxındır. Həmçinin qeyd edək ki, Dövlət Gömrük Komitəsi dövlət sərhəddini keçən şəxslər üçün xüsusi maarifləndirici bukletlər hazırlayıb.

 

Bukletlərin üzərində ölkəyə idxal olunan mallar 4 növə ayrılır. Birinci qrupa ölkəyə güzəştli qaydada keçirilən mallar, ikinci qrupa yazılı formada bəyan edilməsi zəruri olan mallar, üçüncü qrupa mülki dövriyyəsi məhdudlaşdırılmış mallar və 4-cü qrupa isə mülki dövriyyəsi qadağan olunmuş mallar daxildir. Burada məqsəd bütün mallar haqqında ətraflı məlumat verməklə sərnişinləri bilgiləndirməkdir.

 

Bukletlərin elektron variantları da mövcuddur. Vətəndaşlar bunu xüsusi kabinələrin üzərində yerləşdirilən QR kod vasitəsilə Gömrük yoxlamasından keçən şəxslər mobil telefonda olan oxuyucular vasitəsi ilə oxutdura bilərlər. Dövlət Gömrük Komitəsinin Texnoloji innovasiyalar və statistika baş idarəsinin rəis müavini Azər Abbasov deyib ki, həmin bukletlər üçün xüsusi köşklər hazırlanır: "Bu hələ pilot layihədir. Dediyim kimi, xüsusi köşklər hazırlanır. Orada həm bizim bukletlər, həm də digər dövlət qurumlarının məlumatlandırıcı sənədləri yerləşdiriləcək. Hazırda layihə üzərində sonuncu işlər gedir və tezliklə icrasına başlanılacaq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Salyandakı ağır qəzada 1 nəfər öldü 21 Aprel 2019, 22:17 Poroşenko siyasətdən getməyəcəyini açıqladı 21 Aprel 2019, 21:57 Vladimir Zelenski xalqa müraciət etdi 21 Aprel 2019, 21:34 Bir sutkada Suriyaya 1066 qaçqın qayıdıb 21 Aprel 2019, 21:19 Ukraynanın yeni  prezidenti  Zelenskidir 21 Aprel 2019, 21:01 Türkiyədə zəlzələ oldu 21 Aprel 2019, 20:45 “Hunday”ın təsisçisinin nəvəsi narkotikə görə tutuldu 21 Aprel 2019, 20:33 Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb 21 Aprel 2019, 20:21 Kamal Kılıçdaroğlu döyülməsindən danışdı: “Şəhidlərin dəfninə getməyimi istəmirlər” 21 Aprel 2019, 20:09 Elməddin Behbud: “Azərbaycan Türk Şurası ölkələri ilə münasibətlərin inkişafı istiqamətində fəaliyyət göstərir” 21 Aprel 2019, 20:08 Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada 21 Aprel 2019, 18:29 Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovuzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22 Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı   21 Aprel 2019, 12:29 Gömrükdən malların və avtomobillərin keçirilməsi qaydasında DƏYİŞİKLİK 21 Aprel 2019, 12:01 Kürdəmirdə YANĞIN:  5 nəfər yaralandı 21 Aprel 2019, 11:58 Şri-Lankada 6 partlayış: 160 ölü, 500-dən çox yaralı - FOTOLAR- YENİLƏNİB 21 Aprel 2019, 11:28 Kürdə suyun səviyyəsi artdı 21 Aprel 2019, 11:19 Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir 21 Aprel 2019, 10:49 Ukraynada prezident seçkilərinin II turu keçirilir 21 Aprel 2019, 10:26