Modern.az

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir

17 Noyabr 2018, 17:13

ABŞ söz verdiyi kimi YPG ilə əlaqələrini kəsməlidir.

 

Virtualaz.org-un məlumatına görə, bunu Kanadada keçirilən Halifaks Beynəlxalq Təhlükəsizlik Forumunda çıxışı zamanı Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ əsgərləri ilə PKK terrorislərinin bir yerdə yayılan şəkillərinə münasibət bildirərkən deyib.

 

“Bu şəkillər mediada geniş yayılıb və xalqımız bundan narahat olub. Xalqımızın gözündə Amerika və amerikan ordusunun imici zərər görüb. İŞİD demək olar ki, zərərsizləşdirilməsinə rəğmən ABŞ YPG terror təşkilatına hələ də yük avtomobilləri və təyyarələrlə silah göndərir. Bunu qəbul etməyimiz mümkün deyil. Güney sərhədimizdə terror dəhlizinin formalaşmasına heç vaxt izn verməyəcəyik”, – deyə o vurğulayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?