Modern.az

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

17 Noyabr 2018, 17:30

Samux rayonunda yarımstansiyada baş vermiş yanğın zamanı xəsarət alan şəxs dünyasını dəyişib.

 

Modern.az-ın məlumatına görə, hadisə nəticəsində yanıq xəsarətləri alan 1978-ci il təvəllüdlü Həsənov Elmir Natiq oğlu noyabrın 16-da xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

 

Xatırladaq ki, noyabrın 14-də Gəncə Regional Elektrik Şəbəkəsinin Samux rayonunun Əhmədbəyli kəndindəki 330 KV-luq Gəncə yarımstansiyasının 5-ci hava xəttində qısaqapanmadan yanğın baş vermişdi.

Hadisə nəticəsində yarımstansiyanın elektrik montyoru Həsənov Elmir Natiq oğlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?