Modern.az

Azadlıq sənə yaraşır mənim dilim

Azadlıq sənə yaraşır mənim dilim

Mədəni̇yyət

3 Noyabr 2011, 12:42

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki, ana dilimizin qorunmasında müasir gəncliyin üzərinə böyük yük düşür: “Bu məsələ mənim üçün çox önəmlidir. Dilimizi qorumaq varlığımızı qorumaq qədər vacib məsələdir. Odur ki, mənim üçün “Dilimiz mənəviyyatımızdır” mövzusunda gənclərimizin düşüncələrini bir daha incələmək çox maraqlıdır”.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb:

Dünyada çoxlu sayda dillər var. Amma bu dillərin necə yarandığı hələ də öyrənilməyib. Azərbaycan dili də öz gözəlliyi, öz zənginliyi ilə seçilən, tarixi keçmişə söykənən dillər siyahısına daxildir. Xalqımız kimi tarix boyu təzyiqlərlə rastlaşıb bu dil. Məhv etmək istəyiblər dillimizi. Xalqı yaşadıb bu dili, milliyonlarla Azərbaycan türkünü. A-dan, Z-yə qədər hər hərfi elə bil xallı xalçaların naxışları kimi vərəqləri bəzəyir dilimizdə hər kəlmə, hər söz dağların lap təpəsindəki qarın əriməsi ilə süzülüb gələn damla kimi ürəyimizə sərinlik verir. Yayı, payızı, qışı, yazı yazırıq ana dilimizdə. Təbiətin gözəlliyi dilimiz ilə bəzənir,  gözəlləşir. Ana dillimizdə səslənir hər kəlmə, lap qədimlərə aparır, elə bil hər söz keçmişə qaytarmaq istəyir, tanıtmaq istəyir tariximizi, şanlı keçmişimizi. Tanıdır da. Axı tariximiz də ana dilimizdə yazılıb, Azərbaycan dilində, Azərbaycan türkcəsində. Türklüyümüzün təsdiqidir bu dil. Dədə Qorqudun sazı ilə ad qazanan igidlərə qoşduğu nəğmələri səsləndiririk bu dildə. Müstəqilliyimizin hədiyəsidir bu dil. Mənəviyyatımızdır bu dil. Şərəfimizdir, ləyaqətimizdir bu dil.

Azərbaycanı əsarət altında saxlayan ölkələr dilimizi də əsarət altında saxlayıblar. İstəməyiblər minlərlə Azərbaycan türkü öz dilində danışsın, maariflənsin, öz tarixini öyrənsin, mədəniyyətini tanıtsın. Amma millətimiz bunu da bacardı. Özünü azad etdiyi kimi, dilini də azad etdi. Azadlıq sənə yaraşır mənim dilim.

Nisə Rəhimova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!