Modern.az

İlham Əliyevin Fransa səfəri başa çatıb

İlham Əliyevin Fransa səfəri başa çatıb

10 Dekabr 2009, 10:20

Azərbaycan Prezidenti İlham Əliyev Fransaya rəsmi səfərini başa çatdıraraq Bakıya qayıdıb. Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.

AzərTAc-ın məlumatına görə, səfərin son bölümündə İlham Əliyev fransalı həmkarı Nikola Sarkozi, Framsa Senatının sədri Jerar Larşe və xarici işlər naziri Bernar Kuşnerlə görüşüb.

Nikola Sarkozi İlham Əliyevlə görüşdə Azərbaycanı yerləşdiyi regionda ən sabit, sürətlə inkişaf edən və gözəl perspektivləri olan ölkə adlandırıb: “Fransa belə bir dövlətlə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır”.

Dövlət başçıları iqtisadi sahədə, energetika və qeyri-neft sektorlarında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı da fikir mübadiləsi aparılıb.


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir