Modern.az

Azərbaycan yığması Kosovoya yola düşdü

Azərbaycan yığması Kosovoya yola düşdü

18 Noyabr 2018, 20:30

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda qarşılaşacağı Kosovo ilə matç üçün Priştinaya yola düşüb. Modern.az "Report"a istinadən xəbər verir ki, komanda Heydər Əliyev Beynəlxalq Hava Limanından çarter reysi ilə saat 18:30-da səfərə çıxıb.

 

Təyyarədə milli komanda ilə yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov və İcraiyyə Komitəsinin üzvləri - Vaqif Sadıqovla İsgəndər Cavadov da yer alıb.

 

Noyabrın 19-də Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov və onun Kosovo millisindəki həmkarı Bernar Şalland mətbuat konfransı keçirəcək.

 

Qeyd edək ki, noyabrın 20-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-da başlanacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir