Modern.az

Afinada tələbələr etiraza qalxdı

Afinada tələbələr etiraza qalxdı

18 Noyabr 2018, 21:20

Dünən Yunanıstanın Afina şəhərində Politexnik İnstitutunun tələbələri etiraz aksiyası keçiriblər. Modern.az xəbər verir ki, aksiya şəhərin Sturnari, Tositsa və Tsamadu şəhərlərində baş tutub. Tələbələrin nümayişinə polis müdaxilə edib. Etirazçılar polisə daş və molotov kokteyli atıb, polis isə sis bombalarından istifadə edib.

 

Qarşıdurma nəticəsində 2 polis yaralanıb, 22 etirazçı isə saxlanılıb. Saxlanılanlardan 13 nəfər barəsində müxtəlif maddələr üzrə cinayət işi açılıb.

 

Qeyd edək ki, hər il noyabrın 17-də Yunanıstanda tələbələr 1973-cü ildə diktator Georgios Papadopoulos rejiminə müqavimət göstərmiş tələbələri yad edirlər. Lakin tələbələrin dinc nümayişinin qarşısı həmişə polis tərəfindən sərt şəkildə alınır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir