Modern.az

Britaniya üçün əhəmiyyətli həftə

Britaniya üçün əhəmiyyətli həftə

Dünya

18 Noyabr 2018, 22:34

Böyük Britaniyanın baş naziri Tereza Mey növbəti həftənin "Brexit" şərtlərinin müəyyən edilməsi üzrə danışıqlarla əlaqədar ölkənin gələcəyi üçün həlledici olacağını bildirib. Modern.az xəbər verir ki, bu barədə o, "Sky News" telekanalına müsahibəsində bildirib.

 

T.Mey bildirib ki, fikrimcə bu, milli maraqlarımızı əks etdirən uyğun bir razılaşmadır: “Növbəti 7 gün ölkənin gələcəyi üçün olduqca əhəmiyyətli olacaq”.

 

Öz istefası barədə sualı cavablandırarkən Britaniya hakimiyyətinin başçısı deyib ki, hazırki etapda hakimiyyət dəyişikliyi danışıqlar prosesini asanlaşdırmayacaq: "İstefa bir qədər qeyri-müəyyənlik yaradacaq və "Brexit" üzrə danışıqların təxirə salınması və ya ləğv olunması təhlükəsini yarada bilər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar