Modern.az

Erməni hərbçi qəza törətdi – Ölən var və yaralananlar var

Erməni hərbçi qəza törətdi – Ölən var və yaralananlar var

Dünya

19 Noyabr 2018, 14:54

Ermənistanın Qeqarkunik vilayətində ölümlə nəticələnən qəza baş verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Draxtik-Çovaqyux yolunda baş verən qəza zamanı 21 yaşlı Qurgen Z.-nin idarə etdiyi “Opek Astra” markalı avtomobil yoldan çıxaraq aşmışdı.

 

Sürücü və onun sərnişinləri 27 yaşlı David K., 15 yaşlı Robert T. və 16 yaşlı Melsik N. yaralı halda xəstəxanaya yerləşdirilib. 23 yaşlı Arsen Karapetyan isə hadisə yerində keçinib.

 

Qəzanı törədən Qurgen Z-nin Ermənistan ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu olduğu xəbər verilir.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır