Modern.az

BBC bu ilin 100 nüfuzlu qadınını seçdi - Biri Azərbaycandandır

BBC bu ilin 100 nüfuzlu qadınını seçdi - Biri Azərbaycandandır

Aktual

19 Noyabr 2018, 15:27

BBC dünyanın dörd bir yanından 100  ən nüfuzlu qadınların siyahısını açıqlayıb.

Modern.az xəbər verir ki, siyahıda azərbaycanlı gənc ixtiraçı Reyhan Camalova da yer alıb. O, bu barədə öz şəxsi facebook hesabında məlumat yayıb. 

Xatırladaq ki, Reyhan Camalova 2017-ci ildə qurulan Reynerci (ing Rainergy) startapının təsisçisidir. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır.

2018-ci ildə 15 yaşlı Reyhan Camalova "Rainergy" adlı layihəsi ilə “Forbes” jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!