Modern.az

Bərdədə mikroavtobus minik maşını ilə toqquşdu: Yaralılar var

Bərdədə mikroavtobus minik maşını ilə toqquşdu: Yaralılar var

19 Noyabr 2018, 20:06

Bərdə rayonunda ağır yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Həsənqaya kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, "Ford" markalı mikroavtobusla "Moskviç" markalı minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və minik avtomobilinin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər