Modern.az

Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırıb

Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırıb

19 Noyabr 2018, 23:11

Almaniya hökuməti Səudiyyə Ərəbistanına silah ixracını dayandırıb. Modern.az xəbər verir ki, belə bir açıqlama ilə Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin nümayəndəsi çıxış edib.

 

Onun sözlərinə görə, hökumət bunun üçün silah tədarükü üzrə fərdi lisenziya sahiblərinə tapşırıq verib.

 

Bundan əvvəl, kansler Angela Merkel jurnalist Camal Xaşuqcinin qətli aydınlaşanadək Səudiyyə Ərəbistanına silah ixracının dayandırılacağını bildirmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır