Modern.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

19 Noyabr 2018, 23:51

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,85 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,23 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,60 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,18 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 66,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,81 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 65,58 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,89 dollar/barel azdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi