Modern.az

İtaliyanın Maire Tecnimont şirkəti BANM tələbələri arasından seçim edir

İtaliyanın Maire Tecnimont şirkəti BANM tələbələri arasından seçim edir

20 Noyabr 2018, 11:05

İtaliyanın məşhur Maire Tecnimont şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “KT-Kinetics Technology” şirkətin mühəndislər komandasına qatılmaq üçün Bakı Ali Neft Məktəbinin (BANM) beşinci kurs tələbələri arasından seçim edir.

 

Modern.az xəbər verir ki, seçim mərhələsinin ilkin mərhələsində şirkətə müraciət etmiş 56 tələbədən 25 nəfəri seçilib. İkinci mərhələdə isə şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern şəxsən iştirak edərək tələbələrlə görüşüb. Görüşdə həmçinin şirkətin İnsan resurları üzrə rəhbəri Aidə Bəşirova və İnsan resursları üzrə mütəxəssis Səidə Quliyeva iştirak ediblər.

İkinci mərhələdə tələbələrə “case study” (praktik çalışma) verilib, daha sonra tələbələrin onun ətrafında işləmələri, hər bir tələbənin verilmiş məsələnin həllinə yanaşması və müzakirələri müşahidə edilib.

 

Şirkət nümayəndələri ikinci mərhələdən seçilən tələbələrin adlarını tezliklə açıqlayacaqlarını bildiriblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir