Modern.az

Gəncədə daha iki meyit uçqun altından çıxarıldı  

Gəncədə daha iki meyit uçqun altından çıxarıldı   

Aktual

20 Noyabr 2018, 11:29

Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında  partlayış baş verib.

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin meyti çıxarılıbı.

Tapılan meyitlər  1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğluna məxsusdur.

Ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı isə xilas edilib.

Daha əvvəl aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.

Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Modern.az-a verdiyi məlumata görə, sonuncu meyiti tapılan iki şəxs ana və oğludur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?