Modern.az

ABŞ sanksiyaları onları qorxutmur...

ABŞ sanksiyaları onları qorxutmur...

20 Noyabr 2018, 13:23

Dünyanın ən azı 13 ölkəsi Rusiyadan hava hücumundan müdafiə sistemləri almaq marağını ifadə ediblər. ABŞ tərəfindən tətbiq edilən sanksiya təhlükəsinə baxmayaraq, Amerika kəşfiyyatı ilə tanış mənbələr bildirir ki, həmin ölkələr Rusiya ilə hərbi əməkdaşlıqda maraqlıdırlar.

 

Modern.az saytının CNBC-ə istinadən məlumatına görə, anonim mənbələrdən biri qeyd edib ki, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair, Mərakeş, Misir, Vyetnam, və İraq Rusiyadan S-400 zenit raket kompleksləri almaq üçün müzakirələr aparır. Bir sıra ölkə diplomatik təzyiq fonunda öz niyyətlərini təkrar gözdən keçirəcək.

 

S-400 ABŞ-ın “Patriot” və “THAAD” sistemlərinə Kremlin cavabıdır.

 

Çin, Hindistan və Türkiyə Rusiyadan silah almaq barədə müqavilə imzalayıb. ABŞ-la ticarət müharibəsinə cəlb olunmuş Çin S-400-lərin son partiyasını alacaq. Hindistan da Moskva ilə analoji saziş imzalayıb.

 

Kəşfiyyat hesabatları ilə tanış mənbə ölkələrin niyə Rusiya ilə hərbi əməkdaşlığa can atdığını izah edib.

Onun sözlərinə görə, ölkələr üçün ABŞ-dan “Patriot” və “THAAD” hava hücumundan müdafiə sistemlərini  idxal etmək baha başa gəlir.

 

“Bu ölkələrin bir çoxu Amerika bürokratiyasını nəzərə alırlar. S-400-lərin tədarükü ilə bağlı məhdudiyyət daha azdır. Çünki Kreml satışları sürətləndirməyə hazırdır”-deyə mənbə söyləyib.

Bundan başqa Rusiya silahları daha ucuzdur. Məsələ ilə tanış olan başqa bir mənbə deyib ki, Moskva müqavilənin imzalanmasından sonra iki il ərzində birinci partiyanı yollamağa hazırdır.

 

Üstəgəl, ekspertlərin fikrincə, S-400 operativ imkanlarına görə də daha mükəmməldir.

“Heç bir Amerika sistemi S-400 kimi hava məkanında böyük sahəni müdafiə etmək qabiliyyətində deyil” – mənbə söyləyib.

S-400 daha yüksəkdə uçan hədəfləri, bombardmançı təyyarələri, qanadlı raketləri, hətta bir sıra ballistik raketləri izləyə bilir.

 

Bununla belə Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin raket əleyhinə müdafiə layihəsinin direktoru Tomas Karako hesab edir ki,

 

S-400-lər “Patirot”lardan fərqli olaraq döyüşlərdə iştirak etməyib.

 

Qeyd edək ki, ABŞ Rusiyanın hərbi sənayesinə daxil olan şirkətlərlə müqavilə imzalayacaq şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edir.

 

Sanksiyalar 2017-ci ilin yayında qəbul edilən “Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında” qanun əsasında tətbiq olunur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir