Modern.az

“Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır

“Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır

20 Noyabr 2018, 15:01

UNEC ilə “Absheron Hotel Group” arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd UNEC rektoru, professor Ədalət Muradov və “Absheron Hotel Group”un direktoru Georg Kobos tərəfindən imzalanmışdır.

 

Modern.az xəbər verir ki, UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı universitetin prioritet istiqamətlərdən biri kimi məhz real sektorla ciddi və faydalı əlaqələrin qurulmasının vacibliyindən bəhs edib. Bildirilib ki, UNEC-də real sektorun tələblərinə cavab verən mütəxəssis hazırlığı prosesi davamlı olaraq təkmilləşdirilir. Rektor turizm sahəsi üzrə mütəxəssis hazırlığı, eyni zamanda bu istiqamətdə tələbə və məzunların işlə təmin olunmasında bu əməkdaşlığın faydalı olacağını bildirib.

“Absheron Hotel Group” direktoru Georg Kobos UNEC ilə uzunmüddətli və effektiv əməkdaşlığın qurulmasında maraqlı olduqlarını qeyd edib. Real sektorun nümayəndəsi kimi təhsil sahəsinə dəstək göstərməkdən məmnunluğunu ifadə edən G.Kobos, hazırda turizm sektorunun bir çox istiqamətləri üzrə kadrlara ehtiyac duyulduğunu ifadə edib. O, həmçinin bildirib ki, dünyanın dinamik inkişaf edən turizm və otelçilik sahəsində əməkdaşlığın qurulması universitet tələbə və məzunlarının məşğulluğu üçün geniş imkanlar yaradacaq.

Tədbirdə “Absheron Hotel Group” haqqında təqdimat nümayiş etdilib.

Memorandumun əsas məqsədi Azərbaycanın daim artan turizm potensialına insan resursları istiqamətində töhfə qazandırmaq, birgə fəaliyyət sayəsində peşəkar mütəxəssislərin hazırlanmasını həyata keçirməkdir.

Əməkdaşlıq çərçivəsində turizm və otelçilik ixtisası üzrə tədrisin müasir bazar şərtlərinə uyğunlaşdırılması, tələbələrin real iş mühiti ilə tanış olması, turistlərlə münasibətlərin qurulmasında praktiki bilik və bacarıqların qazanılmasına dəstək göstəriləcək. Turizm və otelçilik sənayesinin çoxşaxəliliyini nəzərə alaraq, tələbələrin karyera planlamalarında müvafiq mentorluq məsləhəti veriləcək.

Əməkdaşlığın digər istiqaməti isə tələbələrə gələcəkdə yeni iş imkanları yaradan istehsalat təcrübənin təşkilinə dəstək göstərməkdir. Bu məqsədlə UNEC-in tələbələri təcrübə müddətində otellərdəki iş prosesinə qatılmaqla praktiki biliklərini artırmış olacaqdır. Həmçinin, UNEC-in Zaqatala filialında turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrin şirkətin regional otellərində təcrübəyə və işə cəlb edilməsinə şərait yaradılacaqdır. O cümlədən, il boyu turizm sahəsində çalışan ekspertlərlə professor-müəllim heyəti və tələbələrlə görüşlər, master-klasslar təşkil ediləcək.

Bundan əlavə, UNEC-də təşkil edilən beynəlxalq konfranslara xarici ölkələrdən dəvət olunan nümayəndələrin qonaqlanması da şirkət tərəfindən təmin olunacaq.

UNEC-in Zaqatala filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti əməkdaşlıq görüşünü video bağlantı ilə canlı izləyib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir