Arxiv
20 Noyabr 2018, 17:44 | ÖLKƏ
Nazir: “Onların pensiyası 35 faiz artacaq”  

Pensiyaların avtomatlaşdırılması ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim edilib.

Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, "e-sosial" internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimat mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

 

S.Babayev bildirib ki, qanun layihəsi ilk oxunuşa verilib:

"Bu təşəbbüs Prezident İlham Əliyevin tərəfindən vətəndaşlara xidmət üçün atılmış bir addımdır. Sistem 15 dekabrdan test rejimində başlayacaq. Pensiya yaşına çatmış hər bir vətəndaş ad günündə SMS vasitəsilə məlumatlandırılacaq".


Nazir həmçinin qeyd edib ki, 2006-ci ildən əvvəlki dövr üzrə pensiyaya çıxan hər kəsə də 25 il sığorta stajı hesablanacaq: 

“Nəticədə onların pensiyası 35 faiz artacaq. 38 min vətəndaşın pensiyası isə 48 faiz artacaq. Bu böyük bir sosial addımdır. Layihənin xərcini Azərbaycan dövləti öz üzərinə götürəcək".


Qeyd edək ki, ölkədə 2006-cı il yanvarın 1-dən sonra fərdi uçot sistemi tətbiq olunub. Həmin dövrdən indiyədək bütün sığorta haqqı ödəyənlərin uçotu Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Lakin 2006-cı il tarixinə qədər elektron uçot sistemi olmayıb.

 

Vətəndaşlar pensiya təyinatı ilə bağlı müraciət edərkən pensiya stajlarının təsdiq edilməsi üçün bir sıra sənədlərlə müraciət etməli olurdular və onlar əmək kitabçaları ilə bağlı məlumatı arxivdən çıxararaq gətirirdilər. Bu da uzun müddət çəkirdi, bir çox hallarda əsaslı və əsassız mübahisələrə səbəb olurdu, eyni zamanda sui-istifadə halları da baş verirdi. 

“Əmək pensiyalar haqqında” qanuna dəyişikliklə bağlı yeni layihəyə görə isə 2006-cı ilin 1 yanvar tarixindən əvvəlki dövrə aid olan 25 il sığorta stajı avtomatik olaraq hamı üçün hesablanacaq.

2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2019-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq. Bunun nəticəsində pensiyaları tam avtomatlaşdırılmış şəkildə təyin etmək imkanı yaranacaq.

Yəni şəxsin pensiya yaşı tamam olduqda onun telefonuna SMS vasitəsilə məlumat göndəriləcək ki, siz pensiya yaşına çatmısınız, müəyyən edilən məbləğ, pensiya kartının hansı ünvandan götürülməsi ilə bağlı məlumat veriləcək. Bununla da pensiyaların tam avtomatlaşdırılmasına nail olunacaq. Burada dövlət qulluqçuları və güzəştli şərtlərlə pensiyaya çıxanlarla bağlı istisna var. Çünki onların hesablamaları bir qədər fərqlidir, tam avtomatlaşdırılma mümkün deyil.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə ordusu 4 şəhid verdi, 6 yaralı - YENİLƏNİB 20 Aprel 2019, 10:47 Salyanda qəza 4 yaşlı uşağın həyatına son qoydu 20 Aprel 2019, 10:37 Lerikə 15 sm qar yağıb 20 Aprel 2019, 10:18 Qazaxıstanda avtobus qəzası olub - 11 ölü, 29 yaralı 20 Aprel 2019, 10:05 Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub 20 Aprel 2019, 09:52 Azərbaycana qış geri döndü – Bakıya yağış, bölgələrə qar, dolu YAĞDI 20 Aprel 2019, 09:50 Futbol dahisi Messinin şöhrətin zirvəsinə gedən yolu – FAKTLAR+SİTATLAR     20 Aprel 2019, 09:32 Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?... 20 Aprel 2019, 09:14 Fırtına 5 nəfərin ölümünə səbəb olub 20 Aprel 2019, 09:06 ABŞ əsgəri ölümündən 75 il sonra dəfn edildi 20 Aprel 2019, 00:47 Bəzi geyimlər sağalmaz xəstəliklər yaradır - VİDEO 20 Aprel 2019, 00:29 Ukraynada sükut günüdür 20 Aprel 2019, 00:14 Yunanıstan Almaniyadan təzminat tələb edir 19 Aprel 2019, 23:56 Azərbaycan nefti 75 dollaradək  bahalaşdı 19 Aprel 2019, 23:34 Xətaidə anbarda başlayan yanğın söndürüldü 19 Aprel 2019, 23:19 Şəmkirdə ağır qəza: 1 ölü, 3 yaralı 19 Aprel 2019, 23:03 İran 290 cəsus aşkarlayıb 19 Aprel 2019, 22:46 Yasamalda mənzil siqaretdən yandı 19 Aprel 2019, 22:24 “Mənim üçün şərəfdir” – İmamoğlu Ərdoğanla görüşündən yazdı 19 Aprel 2019, 22:11 Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığı 19 Aprel 2019, 21:49 “Bu pullar Allah naminə yığılırsa da, kimlərinsə cibinə gedir” - Sabir Rüstəmxanlı 19 Aprel 2019, 21:33 Prezidentliyə namizədlərin debatı başlayıb - CANLI YAYIN 19 Aprel 2019, 21:17 “Neftçi” liderlə xal fərqini qorudu 19 Aprel 2019, 21:06 Prezident Administrasiyasının rəhbəri istefa verdi 19 Aprel 2019, 20:51 “Traktor”un oyununda qarşıdurma: xeyli yaralı var - VİDEO 19 Aprel 2019, 20:36 Bakıda İran Ticarət Mərkəzi  açıldı 19 Aprel 2019, 20:18 İstanbulda Qaşıqçının ölümündə şübhəli bilinən cəsus saxlanıldı 19 Aprel 2019, 20:06 Son illər rus bölməsində təhsil alan şagirdlərin sayı  dəyişməz qalıb - Təhsil Naziri 19 Aprel 2019, 19:58 Bakıda kişi ona ərə getmək istəməyən qadını öldürüb - TƏFƏRRÜAT 19 Aprel 2019, 19:49 “Elinanın ölümü bizim üçün sarsıdıcı oldu - Ceyhun Bayramov 19 Aprel 2019, 19:40