Modern.az

Əcnəbilərin Rusiyada müddətsiz yaşaması təklif olunur

Əcnəbilərin Rusiyada müddətsiz yaşaması təklif olunur

20 Noyabr 2018, 19:26

Rusiya Daxili İşlər Nazirliyi (DİN) əcnəbilərə ölkə ərazisində yaşayıb çalışmaq icazəsi verən yaşayış möhlətinin müddətini qeyri-müəyyən olaraq artırmağı təklif edir.



Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının MDB işləri üzrə komitəsinin iclasında DİN-nin Baş Miqrasiya İdarəsinin rəis müavini Valentina Kazakova bildirib.


Bununla yanaşı, Rusiya ali və orta ixtisas təhsil müəssisələrinin əcnəbi məzunlarına müvəqqəti yaşayış icazəsi verilməsini sadələşdirmək də təklif olunub.

Hazırda Rusiyada yaşayış möhləti əcnəbilərə 5 il müddətinə verilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi