Modern.az

Tramp Ər-Riyadı gözləyən sanksiyalardan danışdı

Tramp Ər-Riyadı gözləyən sanksiyalardan danışdı

20 Noyabr 2018, 22:44

ABŞ prezidenti Donald Tramp hansı halda Konqresin Səudiyyə Ərəbistanına qarşı tədbirlərini nəzərdən keçirəcəyini açıqlayıb. Modern.az xəbər verir ki, prezident bu tədbirlərin ABŞ-ın milli təhlükəsizlik maraqlarına zidd olmayacağı təqdirdə onlara baxa biləcəyini bildirib.

 

Donald Tramp qeyd edib ki, əgər siyasi və digər motivlərə əsaslanan Konqres üzvləri başqa istiqamətdə irəliləmək istəyəcəklərsə, bu, onların işidir: “Mənə təqdim olunacaq istənilən ideyaları nəzərdən keçirəcəyəm. Lakin onlar ABŞ-ın təhlükəsizlik maraqlarına tam uyğun olmalıdır”..

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir