Modern.az

Direktorun sağlamlığına ciddi xəsarət yetirilib – FOTOLAR

Direktorun sağlamlığına ciddi xəsarət yetirilib – FOTOLAR

20 Noyabr 2018, 23:51

“Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin sağlamlığına ciddi xəsarət yetirilib” Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti  məlumat yayıb.

 

Məlumata görə, Tural Mirzəliyevə bu gün aktyor Rza Rzayev tərəfindən Nizami Rayon Məhkəməsinin qarşısında ağır bədən xəsarətləri yetirilib. “Tural Mirzəliyev hazırda xəstəxanaya yerləşdirilib. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı