Modern.az

Müşfiqə məxsus olduğu qeyilən qalıqlar araşdırılır - Akademik: “İşçi qrupun üzvləri yenidən toplaşacaq”

Müşfiqə məxsus olduğu qeyilən qalıqlar araşdırılır - Akademik: “İşçi qrupun üzvləri yenidən toplaşacaq”

21 Noyabr 2018, 09:03

Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş nakam şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağl Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib.


Noyabrın 1-də işçi qrupunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.


Xatırladaq ki, iclasda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, səhiyyə naziri Oqtay Şirəliyev, mədəniyyət naziri Əbülfəs Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov və Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev iştirak ediblər.

 

AMEA-nın vitse-prezidenti, işçi qrupun üzvü İsa Həbibbəyli Modern.az-a bildirib ki, ölkə başçısının tapşırığına əsasən, müvafiq orqanlara Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.


“Hazırda müvafiq qurumlar onlara tapşırılan tapşırıqlar istiqamətində iş aparırlar. Hər hansı bir nəticə olan kimi işçi qrupun üzvləri yenidən toplaşacaq və iclas keçiriləcək”.


Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümüklərin aşkarlandığı yer Qaradağ rayonu ərazisində vaxtilə NKVD qəbiristanlığı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı