27 mart 2019, Çərşənbə
Ana Səhifə - MEDİA - “Onlar jurnalist adına ləkədirlər” - Mətbuata inamdan DANIŞDILAR  
“Onlar jurnalist adına ləkədirlər” - Mətbuata inamdan DANIŞDILAR  
21.11.2018, 14:01

Azərbaycan mətbuatının 143 yaşı var. Təxminən bir əsr yarım müddəti geridə qoyan mətbuatımızda bu gün köklü dəyişikliklər, müasir zamanla uyğunlaşma, yeniliklər özünü göstərir. Keçən əsrdə, elə XXI əsrin əvvəllərində də cəmiyyətin mətbuata inamı tam idi. Hər kəs qəzet və jurnallardan oxuduğu xəbərlərin düzgünlüyünə şübhəsiz yanaşırdı. Bəs maraqlıdır, bu gün Azərbaycan mətbuatına inam hansı səviyyədədir?

Modern.az bu barədə sorğunu təqdim edir:

Tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev deyib ki, fəaliyyətdə sonuncu mətbuat orqanı qalsa belə, Azərbaycanda mətbuata inam olacaq:

“Çünki mətbuat informasiya daşıyıcısı kimi bütün dövrlərdə inam qazanıb. Yaşadığımız informasiya əsrində təbii şəkildə çap mediası sıradan çıxır. Dominantlığı elektron media - saytlar öz əlinə alır. Bütün dünyada isə çap mediası ilə elektron media paralel olaraq addımlayır. Ona görə, hesab edirəm ki, bizdə də çap mediasına diqqət artırılmalıdır.

Mətbuat elə bir tribunadır ki, alimlərin, ayrı-ayrı ekspertlərin fikirlərinin operativ şəkildə oxucu kütləsinə çatdırılmasının yeganə yoludur. Kimsə düşünürsə ki, öz fikirlərini hansısa kitabda dərc etdirib, cəmiyyətdə yayacaq, buna uzun vaxt sərf etməlidir. İnformasiyanın, təhlillərin, dünyada baş verən hadisələrin qısa zamanda bütün dünyaya çatdırılması baxımından medianın rolu əvəzsizdir”.

Etibar Əliyev mətbuatda “reket” tipli ünsürlərin meydana çıxmasının belə, mediaya inamı sarsıtmadığını düşünür:

“Hər hansı media orqanı özünü ayaqda saxlamaq, tələblərini ödəmək üçün xoşagəlməz addımlar ata bilir. Cəmiyyətin mətbuatdan başqa alternativi olmadığına görə, mənfi hallar belə ona inamı sarsıtmır. İnsanlar öz daxilində ayırd etməyə çalışır ki, hansı media orqanı obyektivdir, təhriflərə yol vermir, ciddidir. Bu da samballı media orqanlarına münasibəti yaxşılaşdırır, inamı bir az da artırır. Çox tez-tez eşidirik, əksəriyyət televiziyaları izləmədiyini söyləyir. Sanki xüsusi bir dalğa şəklində bu fikirlər yayılıb. Belə situasiyanın formalaşması televiziya kanallarında rəqabət mühitinin olmaması ilə bağlıdır. Televiziya ilə müqayisədə, elektron və çap mediası qərəzsizliyə, peşəkarlığa, operativliyə görə bir-birindən fərqlənməyə çalışır. Belə rəqabət davam etdikcə, mediaya inam hələ uzun illər qalacaq”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bir kəlmə ilə mətbuata inandığını bildirib:

“Müsbət və mənfi misallar gətirmək olar. Amma hesab edirəm ki, mətbuat öz rolu ilə cəmiyyətdəki gözləntiləri doğruldur. Mətbuatın daha da effektiv işləyə bilməsi üçün siyasətçilər, cəmiyyət onunla əməkdaşlıq etməlidirlər”. 

Müğənni Nura Surinin fikrincə, hər bir sahədə olduğu kimi, mətbuatda da peşəkarlar və qeyri-peşəkarlar var:

“Burada hansı jurnalistin Jurnalsitika fakültəsini bitirib-bitirmədiyindən söhbət getmir. Məsələ xəbərlərə, hadisələrə peşəkar yanaşmadır. Şəxsi münasibət üzərindən yazı hazırlamaq peşəkarlıq deyil. Jurnalistin müsahibindən xoşu gəlmirsə, onun haqqında qeyri-obyektiv yazı yazmamalıdır. Mən məqaləni oxuyan kimi anlayıram ki, onu yazan jurnalistin haqqında yazdığı insandan xoşu gəlmir. Mətbuatı oxuyanda tez-tez belə məqamlara rast gəlirəm.

Buna rəğmən, mənim də hörmət etdiyim, ağıllı və peşəkar jurnalistlər kifayət qədər çoxdur. “Mətbuata inanırsınızmı” sualına konkret “hə” və ya “yox” demək mümkün deyil. Qeyd etdiyim kimi, yaxşı, peşəkar jurnalistlər, mətbuat orqanları da var, qeyri-peşəkarlar da. Özünə və qələminə hörmət edən jurnalistlər araşdırılmış, mənbəyi dəqiq olan məlumatları yayırlar. Hansısa verilişə baxıb, kəsib-doğrayıb, yazı yazan, yalançı başlıqla xəbər yayan, subyektiv məqalə hazırlayan jurnalistlərə isə inam yoxdur. Onlar jurnalist belə deyil, jurnalist adına ləkədirlər. Amma tək mətbuatda deyil, hər bir sahədə bunun kimi peşəkar və qeyri-peşəkarlar var”.

Mətbuatla aktiv ünsiyyətdə olan həkim, pediatr Vaqif Qarayevin mediamıza yaxşı mənada xüsusi münasibəti var. Buna baxmayaraq, həkim hesab edir ki, Azərbaycan mətbuatı bu gün pis vəziyyətdədir:

“Xəbərlərin əksəriyyəti səhv, qərəzli, yalan şəklində verilir. Yazının oxunması üçün istənilən səs-küylü başlığın qoyulması, ən əsası isə ədəbi dilimizin normalarına riayət edilməməsi kimi mənfi nüanslar yer alır. Qısa desəm, mətbuatda kifayət qədər təsadüfi adamlar var. Məncə, bu, düzgün deyil! Öz sahəmizi götürsək, səhiyyədəki neqativlərdə mətbuatın günahı yoxdur, amma ölkə səhiyyəsinə, həkimlərə inamsızlığın yaradılmasında mətbuatın rolu müqayisə olunmazdır. Səhiyyədən çox qərəzli yazılar yayımlanır - "cəlladlar", "vandallar", "yenə öldürdülər" və s. ittihamlar göydə uçuşur. Belə olmaz! Bu tipli ittihamlar ya məhkəmə tərəfindən, ya da peşəkar komissiya tərəfindən səsləndirilməlidir! Adi jurnalistin səlahiyyətinə aid məsələ deyil!

İndi tamamilə inandığım, obyektivliyinə, qərəzsizliyinə əmin olduğum mətbu orqanlar yoxdur. Əvvəllər APA İnformasiya Agentliyinə daxil olan saytları izləyirdim. İndi səhiyyəyə aid rəsmi məlumatları oxuyuram. Bir də əsasən uşaqlara aid mövzuları, açıqlama verdiyim saytları da izləməyə çalışıram. Davamlı hansısa saytı izlədiyimi deyə bilmərəm”.

Bəzən yayılan yalan xəbərlərin, bəzən də dezinformasiyanın mediaya inamı zəiflətdiyini deyən "Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birlyinin icraçı direktoru Günel Səfərova deyib ki, media ilə cəmiyyət münasibətləri etimada əsaslanır:

“Mediaya inamın əsasını doğru, obyektiv, qərəzdən uzaq və balanslı bir məzmunda xəbərin təqdimi təşkil edirsə, son zamanlar bu barədə danışmaq çətindir. İnamın formalaşması üçün jurnalist məsuliyyəti də vacib şərtdir. Peşə vəzifələrini icra edərkən əxlaq qaydalarına, etik prinsiplərə məhəl qoymayan jurnalistlər var. Bəzən jurnalist getdiyi tədbirdə ancaq qalmaqal axtarır. Cəmiyyəti maraqlandıran xəbərə yox, İP gətirən olaya diqqət verilməsi halları baş verir. Peşəkar jurnalistikada “etibarlı mənbələrdən aldığımız informasiya” ifadəsi yer alırsa, burda qərəzdən də, sifarişdən danışmaq üçün əsas var.

Mediada son zamanlar yalan, böhtan və təhqir xarakterli informasiyalar çoxalıb desək, yanılmarıq. Amma hər bir KİV özünə inam yaratmalıdır ki, reklam ala bilsin. Düzdür, burda da çətinliklər çoxdur. Eləcə də informasiya əldə etmək o qədər də asan deyil. Amma bütün bunlar yanlış informasiya yaymaq üçün əsas deyil. Bunu sözsüz ki, bütün mediaya şamil etmirik. Azərbaycanda peşəkar jurnalistlərin sayı az deyil və güvənilir media orqanlarımız da var. Şəxsən mən hər gün izlədiyim jurnalistlər və media orqanlarının peşəkarlığına inanıram.

Bəzən deyirlər ki, sosial şəbəkələr onlayn medianı üstələyib. Amma orda da tam inamdan danışmaq çətindir. Fake profillər, dezinformasiya və ya qaralama siyasəti aparılır”.

Tanınmış dietoloq, həkim Tutu Zeynalova isə oxuduğu xəbərlərin mənbəyinə diqqət edir. O qeyd edib ki, inanmadığı mətbuat orqanları və jurnalistlər də var:

“Ümumilikdə dəyərləndirsək, mətbuatımızı bugün tamamilə obyektiv, qərəzsiz hesab etmək olmur.  Media orqanları təəssüf ki, heç də hər zaman bu vacib detala önəm vermirlər”.

Politoloq Tofiq Abbasov isə mətbuat komandasının təmsilçisi kimi Azərbaycan mediasına olan inamın yüksəlməsinin tərəfdarıdır. Onun sözlərinə görə, mətbuat orqanının ciddiliyinin əsas göstəricisi aidiyyəti mənbələrə iqtibasların verilməsidir:

“Jurnalistlər gün ərzində bir neçə məsələyə münasibət bildirir, təhlillər yayımlayırlar. Mətbuat o qədər ciddi sahədir ki, hər hansı məsələ ilə bağlı insanların düşüncələrini dəyişə bilir. Bir hadisəni ayrı-ayrı qəzet və saytlar, hətta televiziyalar fərqli təqdim edir. Maraqlısı odur ki, bu gün yaş qrupundan asılı olmayaraq, oxucular faktın özünü bilməyə can atır, hadisənin kökündə duran məsələni bilməyə çalışırlar. Çünki onlar faktı biləndən sonra hadisənin çıxarışını, qənaətini özləri təmin edirlər. Bu cür təhlil etdikdə onların məsələyə fərqli baxışı, analitik qabiliyyəti üzə çıxır. Əslində, oxucularımızın əksəriyyətinin bilikləri, dünyaya çıxışı, təhlil etmək qabiliyyəti var. Ona görə, xəbərləri təhrif etmədən, olduğu kimi çatdırmaq vacibdir. Yaxşı olar ki, jurnalist həmkarlar hadisələrin gedişatını boşluqlara yer vermədən, dəqiq və düzgün çatdırsınlar. Bu fərziyyələrin, şayiələrin artmasının da qarşısını alacaq”.


Aysel Aslan
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Əfqanıstan Pakistandakı səfirini geri çağırıb
27.03.2019, 00:54

Əfqanıstan Pakistandakı səfirini geri çağırıb

Bakı-Tbilisi-Qars sərnişin qatarı Gürcüstanda test olunur
27.03.2019, 00:44

Bakı-Tbilisi-Qars sərnişin qatarı Gürcüstanda test olunur

Azərbaycanlıların soyqırımı günündə erməni təxribatı - FOTO
27.03.2019, 00:28

Azərbaycanlıların soyqırımı günündə erməni təxribatı - FOTO

Belarus-Rusiya münasibətlərində gərginlik
27.03.2019, 00:13

Belarus-Rusiya münasibətlərində gərginlik

Ərdoğanın təşəbbüsü YUNESKO-da müzakirə ediləcək
26.03.2019, 23:55

Ərdoğanın təşəbbüsü YUNESKO-da müzakirə ediləcək

Təhsil ekspertindən REKTORA: “Şəxsi qazanc gözlərini elə tutub ki...”
26.03.2019, 23:37

Təhsil ekspertindən REKTORA: “Şəxsi qazanc gözlərini elə tutub ki...”

“Komanda psixoloji cəhətdən çox yorğun idi” – Baş məşqçi
26.03.2019, 23:14

“Komanda psixoloji cəhətdən çox yorğun idi” – Baş məşqçi

Azərbaycan nefti bahalaşıb
26.03.2019, 22:57

Azərbaycan nefti bahalaşıb

Qanunu pozan suriyalılar Türkiyədən çıxarılacaq
26.03.2019, 22:41

Qanunu pozan suriyalılar Türkiyədən çıxarılacaq

Bakıda 19 yaşlı qız itkin düşüb - FOTO
26.03.2019, 22:27

Bakıda 19 yaşlı qız itkin düşüb - FOTO

Paşinyan naziri Moskvaya göndərib - SƏBƏB
26.03.2019, 22:13

Paşinyan naziri Moskvaya göndərib - SƏBƏB

Mişel Obama dünyanın ən populyar memuarını yazıb: 5 ayda 10 milyon satış
26.03.2019, 21:56

Mişel Obama dünyanın ən populyar memuarını yazıb: 5 ayda 10 milyon satış

Bir ayda 141 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı
26.03.2019, 21:41

Bir ayda 141 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı

Qara Qarayev prospekti sabah da nəqliyyat üçün qapalı olacaq
26.03.2019, 21:24

Qara Qarayev prospekti sabah da nəqliyyat üçün qapalı olacaq

Xətaidə zenit top mərmisi aşkarlandı
26.03.2019, 21:16

Xətaidə zenit top mərmisi aşkarlandı

Gəncədə avtoxuliqanlıq edən gənclər tutuldu - FOTO
26.03.2019, 20:59

Gəncədə avtoxuliqanlıq edən gənclər tutuldu - FOTO

Azərbaycan Ordusunun əsgəri şəhid oldu - FOTO
26.03.2019, 20:44

Azərbaycan Ordusunun əsgəri şəhid oldu - FOTO

Polis hava limanında həmkarını güllələdi
26.03.2019, 20:27

Polis hava limanında həmkarını güllələdi

ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
26.03.2019, 20:16

ABŞ İrana qarşı sanksiyalarını genişləndirib

“Mülki geyimli şəxslər FHN-nin növbədən çıxan əməkdaşları olub” - FHN rəsmisi
26.03.2019, 20:01

“Mülki geyimli şəxslər FHN-nin növbədən çıxan əməkdaşları olub” - FHN rəsmisi

“Əli İnsanovla görüşüb, müzakirə aparmışıq” - Eldar Namazov
26.03.2019, 18:14

“Əli İnsanovla görüşüb, müzakirə aparmışıq” - Eldar Namazov

“Qarabağ qaziləri”nə yeni sədr seçildi
26.03.2019, 18:03

“Qarabağ qaziləri”nə yeni sədr seçildi

İsveçdə “Tumurcuq” teatrının açılışı oldu   
26.03.2019, 17:49

İsveçdə “Tumurcuq” teatrının açılışı oldu  

Fransa mətbuatı Mehriban Əliyevanın səfərindən yazdı
26.03.2019, 17:40

Fransa mətbuatı Mehriban Əliyevanın səfərindən yazdı

Prezident metronun “Bakmil” stansiyasına getdi - FOTOLAR - YENİLƏNİB
26.03.2019, 17:26

Prezident metronun “Bakmil” stansiyasına getdi - FOTOLAR - YENİLƏNİB

Qarabağ Azadlıq Təşkilatı mitinq qərarı verdi
26.03.2019, 17:19

Qarabağ Azadlıq Təşkilatı mitinq qərarı verdi

Trampın Colan təpələrinə “qol qoyması” Qarabağın “gülünü açır”
26.03.2019, 17:05

Trampın Colan təpələrinə “qol qoyması” Qarabağın “gülünü açır”

Tereza Mey sabah istefa verəcəyi tarixi açıqlayacaq
26.03.2019, 16:34

Tereza Mey sabah istefa verəcəyi tarixi açıqlayacaq

FHN rəsmisi: “İlkin məlumata görə, “Diqlas”dakı yanğın gül dükanından başlayıb”
26.03.2019, 16:23

FHN rəsmisi: “İlkin məlumata görə, “Diqlas”dakı yanğın gül dükanından başlayıb”

Qonşusunun itini güllələdi, polisə düşdü
26.03.2019, 16:15

Qonşusunun itini güllələdi, polisə düşdü

Peyğəmbərin həyatı haqda kitabın tərcüməçisi İsa Əliyevin anım günü yaxınlaşır
26.03.2019, 16:05

Peyğəmbərin həyatı haqda kitabın tərcüməçisi İsa Əliyevin anım günü yaxınlaşır

1990-cı ildə Ermənistan Azərbaycana necə hucum etmişdi? - Şeyxin atdığı mandat, deputatların qəzəbli müraciəti - FOTO 
26.03.2019, 15:52

1990-cı ildə Ermənistan Azərbaycana necə hucum etmişdi? - Şeyxin atdığı mandat, deputatların qəzəbli müraciəti - FOTO 

26.03.2019, 15:42

"Ticarət mərkəzinin rəhbərliyi təhlükəsizlik qaydalarına əməl etməyib" - Nazirlik rəsmisi

Nazirliyin işçiləri üçün xarici dil kursları təşkil olunub
26.03.2019, 15:32

Nazirliyin işçiləri üçün xarici dil kursları təşkil olunub

Bu gün Avro-2020-nin seçmə mərhələsində II tura yekun vurulacaq - TƏQVİM
26.03.2019, 15:27

Bu gün Avro-2020-nin seçmə mərhələsində II tura yekun vurulacaq - TƏQVİM

23 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib
26.03.2019, 15:14

23 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

Sərdar Cəlaloğlu: “Nemət Pənahlının ziqzaqvari hərəkətləri hamıya məlumdur”
26.03.2019, 15:05

Sərdar Cəlaloğlu: “Nemət Pənahlının ziqzaqvari hərəkətləri hamıya məlumdur”

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından niyə uzaqlaşdırılıb? - “Açıqlama vermək fikrim yoxdur”   
26.03.2019, 14:54

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından niyə uzaqlaşdırılıb? - “Açıqlama vermək fikrim yoxdur”  

Bakıda orta məktəbdən oğurluq oldu
26.03.2019, 14:25

Bakıda orta məktəbdən oğurluq oldu

Zabratda avtomobil piyadanı vurub
26.03.2019, 14:15

Zabratda avtomobil piyadanı vurub

“O sahibkarların zərərini kim ödəməlidir?”
26.03.2019, 14:05

“O sahibkarların zərərini kim ödəməlidir?”

Müəllim qəza törədib, 14 yaşlı yeniyetmə ölüb
26.03.2019, 13:55

Müəllim qəza törədib, 14 yaşlı yeniyetmə ölüb

Uşaqlara qazlı su içirtməyin!
26.03.2019, 13:45

Uşaqlara qazlı su içirtməyin!

Gəncədə 19 yaşlı qız bıçaqlandı
26.03.2019, 13:36

Gəncədə 19 yaşlı qız bıçaqlandı

Tələbələr dəhşətli qəzaya düşdülər - 5 nəfər öldü
26.03.2019, 13:25

Tələbələr dəhşətli qəzaya düşdülər - 5 nəfər öldü

Novruz tətilindən sonrakı ilk iş gününün hava PROQNOZU
26.03.2019, 13:16

Novruz tətilindən sonrakı ilk iş gününün hava PROQNOZU

Nazirlik yanmış “Diqlas”ı sökür - AÇIQLAMA
26.03.2019, 13:05

Nazirlik yanmış “Diqlas”ı sökür - AÇIQLAMA

“Yanğın baş verən ərazidə oğurluq və soyğunçuluq halı qeydə alınmayıb” - Oruc Zalov
26.03.2019, 12:55

“Yanğın baş verən ərazidə oğurluq və soyğunçuluq halı qeydə alınmayıb” - Oruc Zalov

İraqlı şagird: “Bakıdan müsbət enerji aldım”
26.03.2019, 12:46

İraqlı şagird: “Bakıdan müsbət enerji aldım”

26.03.2019, 12:37

"Malları yanan iki sahibkarın  səhhəti pisləşib" - SƏHİYYƏ NAZİRLİYİ

ARXİV