Modern.az

Deputat köməkçisi: “Əlikram Hümbətovun dəstəsi məni sındıra bilmədi”

Deputat köməkçisi: “Əlikram Hümbətovun dəstəsi məni sındıra bilmədi”

10 Dekabr 2009, 11:05

“DEPUTAT KÖMƏKÇİSI” RUBRİKASININ QONAĞI MİLLƏT VƏKİLİ ELMİRA AXUNDOVANIN KÖMƏKÇİSİ NOVRUZ NOVRUZOVDUR

  

- Novruz müəllim, necə oldu ki, Elmira Axundovanın köməkçisi oldunuz?

- Məni Masallıda tanımayan yoxdur. Uzun illər rayon rəhbərliyində çalışmışam. Rayon sovetinin sədri olmuşam. Köməkçi postunu isə Elmira xanım özü mənə təklif edib. Bu təklif veriləndə, mən Masallı Rayon İcra Hakimiyyətində ümumi şöbənin müdiri işləyirdim. Götür-qoy etdim, gördüm təklif mənə tam sərf edir. Bir sözlə, təklif ürəyimcə olduğündan, deputatın təklifinə müsbət cavab verdim.

- Bizdə olan məlumata görə, vaxtilə separatçı Əlikram Hübmətov tərəfindən girov götülmüsünüz. Bu, dogrudurmu?

- Belə bir şey olub. O zaman mən rayon sovetinin sədri işləyirdim. Hadisələrin kulminasiya vaxtında rayon rəhbərliyi aradan çıxmışdı. Bütün səlahiyyətlər məndə idi. O zaman mənə ultimatum gəldi ki, rəsmən Masallının Talış Müğan Respublikasının tərkibinə keçdiyini təsdiqləyim. Təbii ki, buna getmədim. Neylədilər, məni sındıra bilmədilər. Axırda girov götürdülər. Amma yenə inadımdan dönmədim. Bilirsiniz, onların tələbi ilə razılaşmaq ən böyük cinayət idi. Dövlətə xəyanət idi. Bunun üstündə başıma oyunlar gəldi. Amma fikrimdən dönmədim. 

- Novruz müəllim, köməkçi kimi iş prinsipinizi bilmək olarmı? Bakıda çox olursunuz, yoxsa rayonda?

- Mən Bakıda ümumiyyətlə olmuram. Deputat köməkçisinin ofisi Bədəlan kəndində yerləşir. Demək olar ki, bütün günüm burada keçir. Ofisdə deyiləmsə, deməli, yerlərdə insanlarla görüşürəm. Deputat belə tələb edir. Hesab edirəm ki, deputat köməkçisi seçicilərlə deputat arasında körpü rolunu oynayır. Deputatın vəzifələrini icra etməsində, seçicilərin rəy və təkliflərinin öyrənilməsində, onların şikayətlərinin deputata çatdırılmasında köməkçi əsas rol oynayır.

- Belə məlumatlar da var ki, insanlar deputat köməkçilərinə o qədər də ciddi yanaşmırlar...

- Belə hallar olur. Bəzən elə seçici olur ki, israrla yalnız deputatla görüşməyi tələb edir. Halbuki onun problemini mən də həll edərəm. Zaman bu məsələləri də yönünə qoyacaq. İndi seçicilərin çoxu deputatla görüşə deyil, problemlərinin həllinə can atırlar. Çox vaxt problemi deputatın xəbəri olmadan həll edirəm, sonra ona məlumat verirəm.

- Deputat köməkçisində hansı keyfiyyətlər olmalıdır ki, deputatının üzünü ağ edə bilsin?

- Hesab edirəm ki, köməkçi hərtərəfli işləməlidir. Qanunları bilməlidir. İnsanların problemlərinə həssas olmalıdır. Seçicilərin bütün məsələlərini deputatın diqqətinə çatdırmalıdır. Belədə həm deputatın, həm də köməkçinin özünün işi rahat olar.

- Rayon sovetinin sədri olmusunuz, maraqlıdır, Elmira Axundovadan öyrənirsiniz, yoxsa bildikləriniz deputatın köməyinə gəlir?

- Təbii ki, bu sahədə böyük iş təcrübəm var. Buna baxmayaraq, deputatımızdan çox şey öyrənirəm. Elmira xanım çox operativdir. Məsələlərə baxışında həmişə məsuliyyət, tələbkarlıq görürəm. Buna görə də mən də onun satandartlarına uyğunlaşmalıyam. Bir məsələni də qeyd edim, rayon İcra Hakimiyyətində işlədiyim vaxtlar o qədər də dərinə gedə biılmirdim. Çünki o vaxtlar məni evlərə getməyə məcbur etmirdilər. İndi isə bu sahədə heç bir problem yoxdur. Lazım olan yerə gedirəm. Mənə elə gəlir ki, problemləri yerində öyrənmək daha vacibdir. Çünki bəzən seçiciılər doğru məlumat vermirlər. Bir nəfər Elmira xanıma yazmışdı ki, maddi vəziyyəti yaxşı deyil. Deputat məsələsinin araşdırılıb yardım edilməsini mənə həvalə etdi. Araşdıranda məlum oldu ki, həmin adamın 186 baş qoyunu, 11 baş inəyi, topaq sahəsi, arısı var. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.

- Bu nədən irəli gəlir?

- Açıq demək istəyirəm, insanlar arasında dilənçilik meyilləri var. Oturub işləmədən rahat yaşamaq istəyirlər. Bir məktubla yardım almaq istəyirlər. Ona görə də mən belə müraciətlərə yerində baxıram.

- Bu gün bizdə deputat köməkçilərinin problemlərindən biri də yerli icra hakimiyyəti ilə normal münasibətdə olmamalıdır. Bu sahədə sizdə vəziyyət necədir?

- İcra Hakimiyyətləri ilə deputat, deputat köməkçisinin mütləq əməkdaşlığı olmalıdır. Əks halda, problem həll olunmayacaq. Bizdə bu sahədə problem yoxdur. Mən İcra Hakimiyyətində işləmişəm. Orada sözüm keçir. Bilirlər ki lazımsız məsələ qaldırmıram. Adəm Qorxmaz

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır