Modern.az

Azərbaycanda yaşayış minimumunun həddi və ehtiyac meyarı qaldırılır

Azərbaycanda yaşayış minimumunun həddi və ehtiyac meyarı qaldırılır

4 Noyabr 2011, 13:19

Milli Məclisin Sosial siyasət və İqtisadi siyasət komitələrinin birgə iclasında Azərbaycan Respublikasının 2012-ci ilin büdcə zərfinə daxil olan sənədlər müzakirəyə çıxarılıb.
Modern.az saytının məlumatına görə, iclasda 2012-ci il Dövlət büdcəsi zərfinə daxil olan sənədlərin - “Dövlət Sosial Müdafiə Fondunun 2012-ci ili büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri müzakirə olunur.

Müzakirələr zamanı Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, 2012-ci il üçün ehtiyac meyarı 84 manat proqnozlaşdırılır. Qeyd edən ki, 2011-ci il üçün ehtiyac meyarı 74 manat təşkil etmişdi.

H.Rəcəblinin sözlərinə görə, yaşayış minimumunun həddi 95 manatdan 108 manata qədər qaldırılır.

“Əmək qabiliyyətli insanlar üçün yaşayış minimumu 102 mantdan 116 manata, pensiyaçılar üçün 72 manatdan 84 manata, uşaqlar üçün 76 mantdan 87 manata qədər qaldırılır”-deyə komitə sədri bildirib.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir