Modern.az

Bayram günlərinə pis hava şəraiti proqnozlaşdırılıb

Bayram günlərinə pis hava şəraiti proqnozlaşdırılıb

4 Noyabr 2011, 13:25


Qarşıdan beş günlük bayram tətili gəlir. Bu, beş gün ərzində havanın necə olacağı hamıya maraqlıdır. Modern.az saytına açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin sözlərindən məlum oldu ki, qarşıdakı beş gündə hava şəraiti heç də ürəkaçan olmayacaq.

Belə ki, noyabrın 5-dən 8-nə qədər ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq.  

Noyabrın 5-də Bakıda və Abşeron yarmadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Axşam isə şimal-qərb küləyinin bir qədər də güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 6-10, gündüz 12-14 dərəcə isti olacaq.

Ayın 6-da tutqun, fasilərlə yağıntılı hava şəraiti üstünlük təşkil edəcək. Şimal-qərb küləyinin arabir güclənəcəyi ehtimalı var. Temperatur  rejimi də  nisbətən aşağı enəcək. Temperatur gecə və gündüz 10 dərəcə olacaq, günün ikinci yarısında isə 2-5 dərəcə isti gözlənilir.

Noyabrın 5-də bölgələrdə gecə və səhər bəzi yerlərdə havanın dumanlı, az yağışlı olacağı ehtimalı var. Axşam şimal və qərb rayonlardan başlayaraq hava şəraitinin kəskinləşəcəyi, yağıntılı olacağı gözlənilir. Və qərb küləyi bölgələrdə günün ikinci yarısı arabir güclənəcək. Temperatur gündüz saatlarında aran rayonlarında 13-18 dərəcə, dağlıq rayonlarda isə gündüz  4-9 dərəcə isti təşkil edəcək.

Noyabrın 6-da isə bölgələrdə havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Yağıntı ayrı -ayrı rayonlarda intensivləşəcəyi ehtimalı var. Bölgələrdə əsən qərb küləyi arabir güclənəcək. Aran rayonlarında gündüz 3-8 dərəcə, dağlıq rayonlarda isə 0-5 dərəcə şaxta gözlənilir.

Ümumiyyətlə, noyabrın 8-ə qədər ölkədə qeyri-sabit hava şəraiti olacaq.

Sədaqət Süleymanova

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?