Modern.az

Tramp: “Neft daha da ucuzlaşmalıdır!”

Tramp: “Neft daha da ucuzlaşmalıdır!”

Dünya

21 Noyabr 2018, 18:00



Neftin qiyməti daha da ucuzlaşmalıdır.

Modern.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp özünün Twitter səhifəsində yazıb.

Son aylarda neftin bir barrelinin qiymətinin 82 dollar səviyyəsindən 54 dollar/barrelə gerilədiyini xatırladan ABŞ Prezidenti deyib: “Səudiyyə Ərəbistanına təşəkkür edirəm. Lakin qiymətlər daha da ucuzlaşmalıdır”.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 63,86 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 54,75 dollara alıcı axtarır.

Xatırladaq ki, ötən günlərdə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ölkəsinin dekabrda neft ixracını 500 min barrel azaldacağını bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir