Modern.az

“Dəyişikliklər QHT Şurasının işini daha da yaxşılaşdıracaq”

“Dəyişikliklər QHT Şurasının işini daha da yaxşılaşdıracaq”

Aktual

21 Noyabr 2018, 18:22

Ölkə başçısı İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” fərman imzalayıb. Bəs görəsən bu dəyişikliyin Şuranın fəaliyyətinə hansı təsirləri olacaq?

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, indiyə qədər Şura katibliyi bu və ya digər işləri həyata keçirirdi.

 

“Sadəcə olaraq bu Şuranın qərarları ilə tənzimlənirdi. İndi isə bu proseslər əsasnamə ilə müəyyənləşdirilir. Əslində Şuranın katibliyi onun icraedici orqanı funksiyasını həyata keçirir. Ona görə də icra xarakterli məsələlərin həlli ilə əlaqədar hüquqi statusu təmin etməklə bağlı dəyişikliklərdir/

 

Eyni zamanda orada Şura iclasları ilə bağlı məsələ var, intizamın gücləndirilməsi və eyni zamanda hər bir qurumun, şəxsin konkret məsuliyyəti müəyyənləşməlidir. Bu da çox vacib məsələdir”.

 

Ə.Nuriyev qeyd edib ki, bu əsasnamə QHT Şurasının məsuliyyətini daha da artırır.

 

“Eyni zamanda onun strukturlarında çalışanların funksiyalarını daha da dəqiqləşdirir. Ekspertlərin seçilməsi qaydası da tənzimlənib. Əvvəllər bu məsələlər Şuranın qərarları ilə olurdu. Bütövlükdə normativ aktın xarakterinə uyğun olan dəyişikliklərdir. Şuranın  və onun strukturlarının vəzifə funksiyalarını daha aydın şəkildə müəyyənləşdirən dəyişikliklərdir. Bu dəyişikliklər Şuranın işini daha da yaxşılaşdıracaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür