Modern.az

İranda fəhlələrin aksiyasına tələbələrdən dəstək

İranda fəhlələrin aksiyasına tələbələrdən dəstək

Dünya

21 Noyabr 2018, 21:45

Tehran Universitetinin tələbələri etiraz aksiyası keçiriblər. Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli həmkarlar təşkilatından məlumat verilib.

 

Tələbələr Şuş şəhərinin “Həft-e-Tape” şəkər zavodu fəhlələrinin yürüşünə dəstək veriblər.

 

Zavod fəhlələrinin etiraz aksiyası 15 gündür davam edir. Fəhlələr 4 aydır ödənilməyən əmək haqlarının verilməsi tələbilə aksiya keçirirlər. Müəssisə 2017-ci ildə rəmzi qiymətə özəlləşdirilib. Bir neçə ay əvvəl yeni sahibkar gizlənib. Bu da fəhlələrin əmək haqlarının verilməməsinə səbəb olub. Noyabrın 18-də təhlükəsizlik xidmətinin əməkdaşları 19 nəfərdən çox aksiya iştirakçısını həbs edib. Aksiya iştirakçıları “Tirana ölüm!”, “Biz nə hədə, nə də həbsxanadan qorxmuruq!” kimi şüarlar irəli səsləndiriblər.

 

Bu şəkər zavodu İranın keçmiş sənaye müəssisələrindəndir. Orada 5 600 nəfər işləyir. Hakimiyyət fəhlələrin etiraz aksiyası keçirdiklərini və 4 nəfərin həbs olunduğunu etiraf edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür