Modern.az

Nazir: “Cəzaçəkmə müəssisələrində ölüm hadisələri 40 faiz azalıb”  

Nazir: “Cəzaçəkmə müəssisələrində ölüm hadisələri 40 faiz azalıb”   

22 Noyabr 2018, 08:39

“Ötən dövrdə penitensiar sistemdə köklü islahatlar aparılmış, qanunvericilik təkmilləşdirilmiş, məhbusların hüquq və imtiyazları genişlənmiş, infrastruktur yaxşılaşdırılmış, o cümlədən Naxçıvanda, Şəkidə, Bakı şəhəri Zabrat qəsəbəsində yeni müasir komplekslər istifadəyə verilmişdir. Saxlanılma şəraitinin və tibb xidmətinin yaxşılaşdırılması nəticəsində 2003-cü illə müqayisədə penitensiar müəssisələrdə ölüm hadisələrinin sayı 40 faiz, vərəmdən ölənlərin sayı isə 16 dəfə azalmışdır”.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetindəki məqaləsində yazıb.


Nazir deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə Azərbaycanın nailiyyətlərinin yayılmasını tövsiyə edib, Nazirliyin Vərəm üzrə Təlim Mərkəzinə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən beynəlxalq status verilmiş, 20 dövlətdən 230-dək nümayəndə Bakıya səfərlər edərək müsbət təcrübəmizdən bəhrələnib, bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellərin tətbiqinə başlanılıb.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir