Modern.az

Azərbaycanda 5700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib  

Azərbaycanda 5700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib   

22 Noyabr 2018, 08:49

“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlət başçısının 10.02.2017-ci il tarixli sərəncamı bu sahədə ədliyyə və məhkəmə sistemi üçün "yol xəritəsi” olmuşdur”.


Modern.az xəbər verir ki, bunu Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetindəki məqaləsində yazıb.


Nazirin sözlərinə görə, sərəncama uyğun olaraq Cinayət Məcəlləsində dəyişikliklər edilərək bir sıra əməllər dekriminallaşdırılıb, yeni qanunun təsiri altına düşən 5.700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib, o cümlədən 1.700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub.


“Sərəncamın icrası nəticəsində istintaq təcridxanalarına daxil olan həbs olunmuş şəxslərin sayı 25 faiz azalmış, həmçinin məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının sayı enmişdir. Eyni zamanda, həbs qətimkan tədbirinə dair prokurorlar tərəfindən məhkəmələrə verilmiş təqdimatların sayı təxminən 22 faiz, həbsdə saxlama müddətinin uzadılması barədə müraciətlərin sayı isə 37 faiz azalmışdır.

Sərəncama uyğun olaraq, həmçinin alternativ cəzaların icrasına effektiv nəzarətin təşkili məqsədilə Nazirlikdə yeni Probasiya xidməti yaradılmış, cinayət qanunvericiliyinə dəyişikliklər edilərək yeni cəza növü - azadlığın məhdudlaşdırılması cəzası müəyyən olunmuşdur.

Həmin cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi təmin olunmuş, bu sahədə bir sıra dövlətlərin təcrübəsi öyrənilmiş, xarici və yerli şirkətlərin nəzarət qurğuları sınaqdan keçirilmiş və yerli istehsalçıya üstünlük verilmişdir. Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş, məhkumları fasiləsiz izləməyə və operativ əlaqə qurmağa imkan verən Elektron monitorinq mərkəzi yaradılmış, mərkəzin imkanları və "elektron qolbağ”ın funksiyaları barədə geniş ictimai təqdimatlar keçirilmişdir. İstifadəsinə bir neçə aydır başlanılmış bu elektron nəzarət vasitələri artıq 500 şəxsə tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir. Qısa müddətdə yaranmış müsbət təcrübəmizə maraq göstərilərək elektron nəzarət vasitələrinin tətbiqi digər dövlətlər tərəfindən yerində öyrənilir”, - nazir bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu