Modern.az

Tənqid konkretlik sevir - Oxu atıb yayı gizlətməzlər

Tənqid konkretlik sevir - Oxu atıb yayı gizlətməzlər

Aktual

22 Noyabr 2018, 09:02

Mülatif  Adurov,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü,
veteran jurnalist

 

Dünən(noyabrın 21-də) Modern.az saytının ana səhifəsində (“Ana səhifə” sözünü xüsusi vurğulayıram ki burada dərc edilən yazılar aktuallığına, mühüm əhəmiyyət kəsb etdiyinə görə fərqlənir). “Onlar jurnalist adına ləkədirlər” sərlövhəli yazıya rast gəldim. Mətbuatla bu və ya digər şəkildə bağlı olan yeddi nəfər (aralarında mətbuatla heç ilgisi olmayanlar da var) “Bu gün Azərbaycan mətbuatına inam hansı səbiyyədədir?” sualını cavablandırır. Və necə cavablandırır?

Tanınmış şəxsiyyətlərin arasında ən çox hörmət etdiyim Tofiq Zülfüqarov və politoloq Tofiq Abbasov obyektivliyi əsas tutaraq mülahizələrini bölüşüblər. Qısa şəkildə, yığcam və anlaşıqlı. Tofiq Zülfüqarov: “Müsbət və mənfi misallar gətirmək olar... Mətbuatın daha da effektiv izləyə bilməsi üçün siyasətçilər, cəmiyyət onunla əməkdaşlıq etməlidirlər”.
 
Tofiq Abbasov isə Azərbaycan mediasına olan inamın yüksəlməsinin tərəfdarıdır.

Əla! Qısa, anlaşıqlı!

Digərlərinin suala cavabları:

Dietoloq  həkim Tutu Zeynalova : “İnanmadığım mətbuat orqanları və jurnalistlər də var”.

Hansı qəzetlərdir, hansı jurnalistlərdir? Konkret demir.

Həkim-pediatr Vaqif Qarayev: “Azərbaycan mətbuatı bu gün pis vəziyyətdədir”.

“Pis” nəyə deyir? Açıqlanmır.

Müğənni Nura Suri: “Mətbuatda da peşakarlar və qeyri-peşəkarlar var”.

Kimlərdir? Cəsarət edib ad çəkmir.

Fəlsəfə doktoru Etibar Əliyev:” Mətbuatda “reket” tipli ünsürlərin meydana çıxmasının belə mediaya inamı sarsıtmır”.

Reket qəzetlər hansılardır, reket jurnalistlər kimlərdir?

Heç bir ad çəkilmir.

Beləcə, uzun-uzadı ümumi fikirlər yürüdülür, necə deyərlər,  qurunun oduna yaş da yanır.  “Azərbaycan”, “Xalq qəzeti”, “İki sahil” (baş redaktorları: Bəxtiyar Sadıqov, Həsən Həsənov, Vüqar Rəhimzadə) və s. qəzetlər, çoxlu sayda saytlar oxucularda rəğbət qazanıblar. Bir ucdan bütün mətbuata şər atmaq ədalətsizlikdir. Özü də bu mülahizələri görün kimlər yayırlar: mətbuatla əlaqəsi olmayanlar – dietoloq, müğənni ... onların da mətbuat barədə fikir söyləməyə hüquqları var. Ancaq obyektiv olsalar, konkret faktlar göstərsələr. Nə qədər “bəzi”, “bəzi”,”bəzi” ... demək olar ? Tənqid konkretlik sevir. Oxu atıb yayı gizlətməzlər

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!