Modern.az

Qənirə Paşayeva İsveçdəki azərbaycanlılara məsləhət verib

Qənirə Paşayeva İsveçdəki azərbaycanlılara məsləhət verib

4 Noyabr 2011, 14:03

Millət vəkili,  Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Stokholmda İsveç Azərbaycan Konqressinin sədri Emil Mirzəyev və Azərbaycan Diasporunun nümayəndələri ilə görüşüb.

Görüşlər zamanı  millət vəkili bildirib ki, dünyanın hər yerində, o cümlədən İsveçdə yaşayan azərbaycanlılar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma  erməni soyqırımı yalanlarının  qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.  İsveçdə harada doğulmasından asılı olmayaraq təxminən 30 min azərbaycanlının yaşadığını vurğulayan millət vəkili bunun çox böyük bir güc olduğunu və səsimizin İsveç ictimaiyyətinə daha geniş çatdıra bilməmiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini bildirib.
Deputat onlara İsveç parlamentində keçirdiyi görüşlər barədə də məlumatlar verib və geniş müzakirələr aparılıb. Qənirə Paşayeva İsveçdə yaşayan,  dünyanın müxtəlif coğrafiyalarından bu ölkəyə gəlmiş sayı 150 mindən çox olan Türk kökənli insanların və onların təşkilatlarının koordinasiya olunmuş şəkildə, biri-birlərinə sıx dəstək verərək çalışmalarının və Türk Dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının artırılmasının vacibliyini də diqqətə çatdırıb.

İsveç Azərbaycan Konqressinin sədri Emil Mirzəyev və Azərbaycan Diasporunun nümayəndələri bu istiqamətdə səylərinin və gördükləri işlərin getdikcə sürətlənməsini vurğulayaraq görülən işlər, əldə edilən müəyyən nəticələr və  nəzərdə tutulan planlar barədə millət vəkilinə məlumatlar vermiş, ətraflı fikir mübadiləsi aparılmışdır. Onlar Azərbaycan həqiqətlərinin yayılması istiqamətində səylərini və gördükləri işləri  bundan sonra daha da artıracaqlarını bildiriblər.

Millət vəkili Qənirə Paşayeva onlara Azərbaycanın tarixi, Qarabağ həqiqətləri, Azərbaycanın mədəniyyəti, musiqisi ilə bağlı kitablar və  materiallar da təqdim edib.

  
Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi