Modern.az

Eldar Əzizov baş direktoru cəzalandırdı

Eldar Əzizov baş direktoru cəzalandırdı

22 Noyabr 2018, 10:04

Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşlarının paytaxtda yaşıllıqların vəziyyətinin yoxlanılması ilə bağlı keçirdikləri baxışlar zamanı bir sira nöqsanlar, o cümlədən parklarda yaşıllıqlara zəif qulluq göstərilməsi faktları aşkar olunub.

Modern.az-ın məlumatına görə, bununla əlaqədar dəfələrlə xəbərdarlıq edilib.

Lakin işində yol verdiyi ciddi nöqsanlara görə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova son xəbərdarlıqla şiddətli töhmət verilib.

Bakı meriyasının mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Modern.az-a faktı təsdiqləyib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq