Modern.az

Yeniyetmə 44 yaşlı kişini öldürdü - BAKIDA

Yeniyetmə 44 yaşlı kişini öldürdü - BAKIDA

22 Noyabr 2018, 10:44

Bakıda azyaşlı uşaq qətl törədib.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, N. Abdullayev küçəsi 4/43 ünvanında baş verib.

Həmin ünvanda yaşayan Bərdə rayon sakini, 1974-cü il rəvəllüdlü Əhmədov Əhəd Əhməd oğluna şəxsi münasibətlər zəminində qonşusu, 2003-cü il təvəllüdlü Bayramov Elvin Nurəddin oğlu kəsici-deşici alətlərlə çoxsaylı xəsarətlər yetirib.

 

Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Ə.Əhmədov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?