Modern.az

Bakıda və Abşeronda yağıntının miqdarı 6 mm-ə çatıb

Bakıda və Abşeronda yağıntının miqdarı 6 mm-ə çatıb

22 Noyabr 2018, 11:09

Noyabrın 21-i  gündüzdən 22-si səhərədək müşahidə olunmuş faktiki hava proqnozu açıqlanıb.

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 21-i günün ikinci yarısından 22-si səhərədək  hava şəraiti dəyişib, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv xarakterli olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Böyük Qafqazda 1-19, Qazax-Gəncə zonadında 1-4, Mərkəzi Aran rayonlarında 1-3 mm olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi