Modern.az

Bahar Muradova İctimai Palatanın İlham Əliyevlə bağlı müraciətini etikadankənar adlandırdı

Bahar Muradova İctimai Palatanın İlham Əliyevlə bağlı müraciətini etikadankənar adlandırdı

Parlament

4 Noyabr 2011, 14:31

Milli Məclis sədrinin müavini Bahar Muradova dövlət başçısı İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində iştirak edib-etməməsi məsələsinə dair jurnalistlərə açıqlama verib.

Deputat müxalifət qüvvələrinin təmsil olunduğu İctimai Palatanın İlham Əliyevə 2013-cü il seçkilərində prezidentliyə namizədliyini irəli sürməməsi ilə bağlı müraciətini etikadan kənar addım adlandırıb.

“Dövlət başçısı İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində iştirak etmək məsələsi onun öz hüququdur. İctimai Palata adlı bir təşkilatın prezident İlham Əliyevə seçkilərdə növbəti dəfə namizədliyinin irəli sürməməsi ilə bağlı ünvanladığı müraciət ən azı etikadan kənardır”.
B. Muradovanın sözlərinə görə, bu hüquqdan istifadə edib-etməməyə prezident İlham Əliyev özü qərar verə bilər.
“Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın da, əhalinin ən müxtəlif qruplarının da istənilən şəxsin namizədliyini irəli sürə bilmək hüququ qanunla təsbit olunub. Ona görə bu hüquqdan Azərbaycan xalqı, YAP da istifadə edərək öz qərarını verəcək”

B. Muradova bildirib ki, bəzi müxalif qrupların verdiyi bu cür bəyanatların hansısa qərarların qəbuluna təsir edəcəyini düşünmür.

İctimai Palatanın 2009-cu ildə keçirilən referendumu antikonstitusiya xarakterli olduğu fikrinə münasibət bildirən B.Muradova, belə olan halda, həmin şəxslərin hansı səbəbdən elə həmin referendumda qəbul edilən eks-prezidentlər haqqında qanunun qəbulu ilə bağlı maddəyə etiraz etmədiklərini vurğulayıb.

“Onlar üçün hansı məsələ maraqlıdırsa, onu da irəli çəkirlər. Belə olan halda eyni referendumda qəbul olunan eks-prezidentlər haqqında qanuna niyə etiraz etmirlər və müraciətlərində yalnız prezidentlik dövrü ilə bağlı məsələni qeyd edirlər. Bütün bunlar proseslərə təsir etməyəcək”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır