Modern.az

Qarabağ Komitəsi ABŞ və Fransa səfirlərinə müraciət etdi

Qarabağ Komitəsi ABŞ və Fransa səfirlərinə müraciət etdi

22 Noyabr 2018, 12:52

Qarabağ Komitəsi ABŞ və Fransanın Azərbaycandakı səfirlərinə müraciət göndərib.

Modern.az-ın məlumatına görə, Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin hər iki ölkəyə səfərlərinə etirazın bildirildiyi və məsələyə aydınlıq gətirilməsi üçün görüşün istənildiyi müraciətdə göstərilir:


“Biz, ictimai, siyasi qurumları, Qarabağ döyüşçülərini özündə birləşdirən Qarabağ Komitəsinin təmsilçiləri olaraq Sizə müraciət edir, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı “Dağlıq Qarabağ respublikası” deyilən qondarma rejimin “rəhbər”lərinin təmsil etdiyiniz ölkəyə səfərlərini qətiyyətlə pisləyir və etirazımızı nəzərinizə çatdırırıq. İşğalçı Ermənistanın Dağlıq Qarabağda yaratdığı qondarma rejim separatizm, terrorizm, etnik təmizləmə kimi insanlığa qarşı cinayətlərin bariz nümunəsidir. Bu cür rejimin nümayəndələrinin təmsil etdiyiniz ölkəyə səfərlərinə nə üçün şərait yaradılır? Onlar sizin ölkənizə hansı viza və hansı ölkənin vətəndaşı kimi daxil ola bilirlər? Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Krım və bunlara bənzər digər qondarma rejimlərin nümayəndələrinin, hətta əhalisinin ölkənizə səfərlərinə sərt qadağa qoyduğunuz halda, nə üçün qondarma Dağlıq Qarabağ rejiminin nümayəndələrinin ölkənizə istədikləri vaxt daxil olmalarına şərait yaradırsız? Biz bütün bunları təmsil etdiyiniz ölkənin beynəlxalq hüquq normalarına və Azərbaycan qanunlarına hörmətsizliyi, işğalçı Ermənistana dəstək, işğalçı Ermənistanın yaratdığı qondarma rejimin təbliği kimi dəyərləndiririk. Siz bunu təkzib edə bilərsinizmi? Bu və digər məsələlərə aydınlıq gətirilməsi üçün aşağıdakı şəxslərdən ibarət nümayəndə heyətimizi qəbul etməyinizi xahiş edirik: Akif Nağı, Tural Abbaslı, Sahib Kərimli, İlham İsmayıl, Əvəz Zeynallı. İnanırıq ki, müraciətimizə diqqətlə yanaşacaqsınız”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi