Modern.az

Xaçmazda metal dirəyə çırpılan maşının sərnişini öldü

Xaçmazda metal dirəyə çırpılan maşının sərnişini öldü

22 Noyabr 2018, 13:48

Xaçmaz rayonunun 4-cü Şöbə kəndinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Modern.az-a verilən məlumata görə, noyabrın 21-də saat 16 radələrində Xaçmaz rayonunun 4-cü Şöbə kəndinin ərazisində rayon sakini Feyruz Soltanov idarə etdiyi “VAZ-2112” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub. Nəticədə sürücü və sərnişini Etimad Əzizov xəstəxanaya yerləşdiriliblər. E.Əzizov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?