Modern.az

Nigerdə Fransa şirkətinin binasında 8 nəfər öldü

Nigerdə Fransa şirkətinin binasında 8 nəfər öldü

Dünya

22 Noyabr 2018, 20:28

Nigerin cənub-şərqindəki Diffa regionunda yaraqlıların Fransanın "Foraco" qazma şirkətinə məxsus binaya hücum olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə  nəticəsində 8 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

Məlumata görə, bir qrup yaraqlı yerli vaxtla saat 02:00-da "Foraco"nun əməkdaşlarının içərisində yatdığı kiçik binaya soxulub: “Həmin yaraqlılar əməkdaşlardan yeddisini, eləcə də bir Niger vətəndaşını öldürüb. Beş əməkdaş yaralanıb, onlardan ikisi ağır vəziyyətdədir”.

 

"Reuters" Nigerin təhlükəsizlik strukturlarındakı mənbəyinə istinadən hücumu Nigeriya, Niger, Kamerun və Çad ərazisində fəaliyyət göstərən radikal "Boko Haram" radikal qruplaşmasının xadimlərinin edə biləcəyini bildirib.

 

Qeyd edək ki, ekstremistlər 2015-ci ilin mart ayında İŞİD terror təşkilatına sadiqliklərinə dair and içiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!