Modern.az

Qurban bayramında 300 tələbəyə ziyafət veriləcək

Qurban bayramında 300 tələbəyə ziyafət veriləcək

4 Noyabr 2011, 16:48

Azərbaycanın Türkiyədəki səfirliiyi noyabrın 6-da Heydər Əliyev Fondunun Türkiyə Nümayəndəliyilə birgə Ankaradakı “Kent Otel” mehmanxanasında müqəddəs Qurban bayramı münasibətilə Ankara şəhərində təhsil alan 300 azərbaycanlı  tələbəyə ziyafət verəcək.
Qurban Bayramı ziyafətində, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və səfir Faiq Bağırovun təbriklərinin oxunması nəzərdə tutulub.

Səfirlikdən Modern.az-a bildirlib ki, şənlikdə Azərbaycan musiqilərinin səsləndirilməsi də planlaşdırılıb.

Modern.az  

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?