Modern.az

Ruslar Azərbaycan yəhudilərini də hiddətləndiriblər

Ruslar Azərbaycan yəhudilərini də hiddətləndiriblər

4 Noyabr 2011, 17:22

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov müraciət edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib ki,  noyabrın 1-də Rusiyanın “Vesti FM” radiostansiyasında “Utro s Vladimirom Solovyovım. Polnıy kontakt” proqramının aparıcısı Vladimir Solovyov Azərbaycan Respublikası və Azərbaycan xalqının ünvanına bəşəri dəyərlərə və jurnalist etikasına sığmayan ifadələr işlədib. Onun bu davranışı dinindən və dilindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının hiddətinə səbəb olub. Ölkəmizin din ictimaiyyəti də bu məsələyə kəskin reaksiya verməkdədir.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov bu məsələ ilə bağlı ölkə yəhudiləri adından xüsusi müraciətlə çıxış edib. V.Solovyovun verilişdə səsləndirdiyi fikirləri hiddətlə qarşılayan icma sədrinin müraciətində bildirililib  ki, rus jurnalistin efirdə söylədikləri riyakarlıq, təxribat və böhtandır. Jurnalistin “Holokost”un Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə müqayisəsinin uğursuz olduğunu deyən S.İxiilov qeyd edib ki, azərbaycanlılar tərəfindən ermənilərə qarşı heç vaxt soyqırımı aktı törədilməyib. Əksinə, azərbaycanlılar indiki Ermənistan ərazisində və işğal olunan Azərbaycan torpaqlarında ermənilər tərəfindən soyqırımına məruz qalıblar. Müraciətdə xüsusilə vurğulanıb ki, Azərbaycanda heç bir milli-dini ayrı-seçkilik yoxdur və bütün xalqların nümayəndələri burada mehriban qonşuluq şəraitində yaşayırlar:

 “Rusiyalı jurnalistin Azərbaycan dövləti və azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlər, isterik replikalar Azərbaycanda yaşayan yəhudilərin hiddətinə səbəb olub. Azərbaycan iqtisadi cəhətdən güclənən, sivil və demokratik dövlətdir. Bu ölkənin istiqanlı, xeyirxah və yüksək tolerantlıq mədəniyyətinə sahib xalqı Azərbaycana sülhlə, xoş niyyətlə gələn hər kəsi duz-çörəklə, hörmətlə qarşılayır”.

Semyon İxiilov bildirib  ki, V.Solovyov Azərbaycan dövlətindən və xalqından böhtanlarına və təhqirlərinə görə üzr istəməlidir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir