Modern.az

Oğluna görə vəzifəsindən çıxarılan Mübariz Mədətov öldü

Oğluna görə vəzifəsindən çıxarılan Mübariz Mədətov öldü

23 Noyabr 2018, 12:28
"Xəzər Dəniz Gəmiçiliyi"nin sabiq sədr müavini Mübariz Mədətov dünyasın dəyişib.
 
Modern.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
 
 
Xatırladaq ki, "Xəzər Dəniz Gəmiçiliyi"nin sədr müavini olmuş Mübariz Mədətovun oğlu Xalid Mədətov 4 il əvvəl sərxoş vəziyyətdə "Galendawagen" markalı avtomobil ilə qəza törətmiş, nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü.
 
Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilmişdi. O, cəzasını 3 ilini çəkdikdən sonra azadlığa buraxılıb.
 
Xatırladaq ki, bu hadisədən sonra Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılmışdı.

 

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi