Modern.az

Gültəkin Hacıbəyli : “Məndən müxalifətçı düzəltmək cəhdləri əbəsdir!”

Gültəkin Hacıbəyli : “Məndən müxalifətçı düzəltmək cəhdləri əbəsdir!”

Ölkə

5 Noyabr 2011, 09:44

”Azadlıq” qəzetinin bugünkü sayında dərc edilmiş “Gültəkin Hacıbəyli hakimiyyəti ifşa etdi” məqaləsində ziyalıların üçüncü forumunda çıxışımla bağlı verilən seçmələrdə fikirlərim ciddi şəkildə təhrif olunub”.

Modern.az  xəbər verir ki , bu təkzib xarakterli  bəyanatla sabiq millət vəkili Gültəkin Hacıbəyli çıxış edib.

Millət vəkilinin bəyanatında qeyd olunur ki, o, məlum çıxışımda bir neçə dəfə Ramiz Rövşənin “Mən inqilab istəmirəm” fikrinə açıq şəkildə dəstək versə də, qəzet  “Gültəkin Hacıbəyli Ramiz Rövşənin əks-inqilabçılığına qarşı” yarımbaşlığı ilə bunun əksini iddia etməklə, fikirlərini tam təhrif edib.

“ Mən çıxışımda “insanların ah-naləsi ərşə dirənib” ifadəsini, ümumiyyətlə, işlətməmişəm! “Azadlıq” qəzetində dərc edilmiş yazı onlarla tanınmış ziyalının, media təmsilçisinin qarşısında etdiyim çıxışımın məzmununu, mahiyyətini və ruhunu təhrif etməklə yalnız ucuz sensasiya axtarışına xidmət edir. Ötən illər ərzində korrupsiya, məhkəmə, təhsil, elm və s. problemlərlə bağlı bir müstəqil millət vəkili kimi səsləndirdiyim daha tənqidi fikirlər, nədənsə, bu qəzet tərəfindən belə diqqətə layiq görülmürdü. Bir ziyalı kimi cəmiyyətdə baş verən istər müsbət, istərsə də mənfi proseslərə münasibətimi açıq şəkildə  bildirməyi bundan sonra da davam etdirəcəyəm. Mən müstəqil insanam, nə hakimiyyəti, nə də müfalifəti təmsil etməmişəm və etmirəm. Lakin Forumdakı çıxışımda da qeyd etdiyim kimi, məndən müxalifətçı düzəltmək cəhdləri əbəsdir! Ən azı, kimsə, belə bayağı yollarla, məni buna məcbur edə bilməz!”

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır